Kişi basketbolçulardan ibarət “Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” kollektivinə uduzub.

Belçikadakı “Şarlerua Doum” arenada baş tutan qarşılaşma təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi “Marussi”yə qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp