Yunanıstan milli komandasının müdafiəçisi Corc Baldok 32 yaşında vəfat edib. Futbolçunun meyiti evinin hovuzunda tapılıb.

Baldok cari mövsümdən “Panatinaikos” klubunda çıxış edib. O, daha əvvəl İngiltərənin “Şeffild Yunayted”, “Oksford”, “Tamuort”, “Northampton”, “Milton Kins dons” və İslandiyanın “Vestmannaeyyar” klublarında oynayıb. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirib.

Yunanıstan Futbol Federasiyası millilərin qarşıdakı 2 oyununda futbolçularının meydana qara sarğı ilə çııxması üçün UEFA-ya müraciət edib.

Shares: