Mario Balotelli yenidən İtaliyada oynaya bilər. Həm də onun A Seriyasında çıxış etmək imkanı var.

Futbolinfo.az xəbər verir ki, xarakteri üzündən tez-tez klub dəyişməyə məcbur olan istedadlı hücumçunun “Cenoa”da oynamaq imkanı var. Komandanın baş məşqçisi Alberto Cilardinyo onunla bir dəfə görüşüb. Məqsəd zədələr üzündən zəifləmiş heyəti gücləndirməkdir. Mario azad agent olduğundan, onun keçidində problem yoxdur. Tərəflər şərtlərdə razılığa gələ bilsə, transfer tezliklə elan olunacaq.

34 yaşlı forvard 2010-cu ildə yetişdiyi “İnter”dən “Mançester Siti”yə 29,5 milyon avroya transfer olunmuşdu. “Milan”, “Liverpul”, “Nitsa”, “Olimpik” (Marsel), “Breşiya”, “Montsa”, “Adana Dəmirspor” və “Syon”un şərəfini qorumuş Balotelli hazırda klubsuzdur. “Cenoa” ilə danışıqlar müsbət nəticələnsə, o, 3 ildən sonra A Seriyasına qayıtmış olacaq.

Shares: