“Tottenhem”də ayrılıq reallaşmaq üzrədir. London klubu məşqçilərindən birini itirəcək.

Futbolinfo.az xəbər verir ki, 2018-ci ildən “Tottenhem”in müxtəlif komandalarında çalışan, bir ildir əsas komandada köməkçi-məşqçi olan Rayan Mason “Anderlext”ə getmək istəyir. Belçika klubu baş məşqçi postunu 33 yaşlı ingilisə tapşırmaq üçün ona təklif göndərib.

London klubu gənc mütəxəssisin getməsinin əleyhinə deyil. Baş məşqçi Ange Postekoqlou da yardımçısına danışıq aparmaq icazəsi verib.

Tərəflər anlaşarsa, “Anderlext” təzminat ödəməli olacaq. Çünki məşqçinn londonlularla mövcud müqaviləsi var.

Shares: