Milli Basketbol Assosiasiyasının dördqat çempionu LeBron Ceyms 2025-ci il Met Gala tədbirinin fəxri sədri seçilib. Tədbirə həmsədrliyi isə 7 qat Formula 1 çempionu Lyuis Həmilton edəcək. Bu barədə “Daily Mail” məlumat yayıb.
Met Gala Vogue jurnalı və Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutu tərəfindən təşkil edilən illik sərgidir. 2025-ci il mərasimi mayın 5-də Manhettendə keçiriləcək.
Lyuis Həmiltondan başqa, Met Gala-2025-ə Kolman Dominqo, ASAP Rokki, Farrell Vilyams və Anna Vintur həmsədrlik edəcəklər.
“Vogue” sosial media hesabında tədbir üçün bu sözləri yazıb: “Bu xalı tarixə düşəcək”.