“Red Bull” pilotu Maks Ferstappen Formula 1-də uçuşların sayını azaltmaq və tez-tez vaxt zonasının dəyişməsinin təsirlərini yumşaltmaq üçün təqvimdə dəyişiklik etməyi tələb edir.
“Mən həmişə təqvimimizdə çoxlu yarışın olduğunu demişəm. Amma mən daha çox uçuşlardan narahatam. Las-Veqas və Qətər arasında məsafəni təsəvvür edin. Dünyanın bir tərəfindən o biri başına uçuruq. Bunu daha yaxşı planlaşdırmaq olar. Biz buna diqqət etməliyik. Əgər bu qədər yarışımız olacaqsa, heç olmasa onların bir-birinə daha yaxın olduğunu təmin edin.
Təbii ki, bilet satışından çox şey asılıdır. Ancaq istənilən halda optimal variant tapmaq olar”, – deyə son çempion “RacingNews365”ə müsahibəsində qeyd edib.