Voysex Şesnı siqaret çəkdiyini etiraf edib. O, bunu gizlətməyə çalışdığını da bildirib.

Futbolinfo.az xəbər verir ki, polşalı qolkiper adətini dəyişmək niyyətində deyil: “Uşaqların önündə siqaret çəkmərəm, pis nümunə olmaq istəmirəm. Amma fotoqraflar ağacların arxasında, gizlində etdiyimi çəkib ictimaiyyətə nümayiş etdirirlər. Bu, pis vərdişdir, insanara göstərmək yox, gizlətmək lazımdır. Kimsə şəxsi həyatımı dəyişəcəyimi düşünürsə, yanılır. Belə qalmağa davam edəcəm, paparatsilərə görə dəyişən deyiləm”.

Xatırladaq ki, Şesnı bu yay karyerasını bitirmişdi. Amma Mark-Andre ter Ştegenin zədələnib mövsümü bitirməsindən sonra təcili qapıçı axtaran “Barselona” 34 yaşlı polşalını qayıtmağa razı sala bildi.

Shares: