Asiya Çempionlar Liqasında “İstiqlal” – “Əl-Nəsr” matçı İrandan kənarda keçiriləcək.

Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu “İstiqlal”la Tehranda oynamalı idi. Lakin Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Səudiyyə klubu İrana getmək istəməyib.

AS qəzetinin məlumatına görə, Asiya Çempionlar Liqasının qarşıdakı oyunu neytral meydanda keçiriləcək. “İstiqlal” yeni məkan olaraq BƏƏ-nin Dubay şəhərini seçib. Bundan başqa görüşün Oman və ya Qətərdə təşkili variantı da nəzərdən keçirilib. Xatırladaq ki, görüş oktyabrın 22-də baş tutacaq.

Shares: