“Onların sürətli və keyfiyyətli futbolçuları çoxdur. Buna diqqət yetirməliyik”.
Futbolinfo.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun matçından əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan seçməsinin kifayət qədər layiqli rəqib olduğunu bildirib:
“Ötən il Avropa çempionatının seçmə mərhələsində bu komandadan cəmi 1 xal ala bilmişdik. Bizi asan görüşün gözlədiyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.