“Sabahkı görüşdə qələbə qazanmaq istəyirik”.

Futbolinfo.az xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Mattias Kayt Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun matçından əvvəl mətbuat konfransında deyib.

O, azarkeşlərin də bu oyunda qalibiyyətə ümid etdiyini bildirib:

“Qələbə İsveçlə növbəti görüşdə bizə yaxşı motovasiya verər”.

Oyunçu ötən il doğma meydanda millimizə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb:

“Həmin vaxt o qədər də yaxşı çıxış etməmişdik. Bunu dəyişib bu dəfə üç xal əldə etməliyik”.

Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Shares: