Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında məğlub olub.
Futbolinfo.az xəbər verir ki, yığma Çexiyaya 1:4 hesabı ilə uduzub.
Komanda bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Slovakiya – Serbiya cütünün məğlubu olacaq.
Azərbaycan millisi daha əvvəl qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya uduzub – 1:5.