Basketbol üzrə Avroliqa turnirinin ikinci turuna 2 oyunla start verilib. Turnirin əsas favoriti sayılan “Monako” komandası doğma meydançada “Makkabi”ni qəbul edib. Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb – 85:79.
“Monako” komandası oyunda dönüşü fasilədən sonra edə bilib. Komandanın lideri Ceyms 17 xal toplayıb.
Digər oyunun ssenarisi isə bir qədər fərqli alınıb. Belqradda meydan sahibləri görüşə yaxşı başlayıblar. “Srvena Zvezda” il periodlarda üstünlük əldə edib. Lakin fasilədən sonra “Baskoniya” bir qədər özünə gələrək intriqanın bərpasına çalışıb. Lakin bunun nəticəyə bir təsiri olmayıb. Serblər ilk ev oyununda 78:71 hesabı ilə qələbə qazanıblar.
Meydan sahiblərindən Kenan, qonaqlardan da Moneke hərəyə 19 xal toplayıb.