Azərbaycanın minifutbol üzrə U-23 millisinin Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyun üçün rəqibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Görüş sabah saat 17:00-da keçiriləcək.

Azərbaycan millisi yarımfinalda Çexiyaya 3:4 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya (1:5) və Çexiyaya (0:2) uduzub.

Shares: