“Qolden Steyt Vorriors” komandası Milli Basketbol Assosiasiyasında mövsümöncəsi oyunda üç xallıq atışlara görə yeni klub rekorduna imza atıb. “Sakramento Kinqs”lə görüşdə “Vorriors” 28 dəfə dəqiq üçxallıq atış yerinə yetirib.
Bu atışların sahibləri Baddi Hield 6, Conatan Kuminqa və DeEntoni Melton hərəyə 4, Stiven Karri və Lindi Voters hərəyə 3, Draymond Qrin, Brandin Podziemski və Moses Mudi hərəyə 2, Kayl Anderson və Ris Bikman hərəyə 1 dəfədir.
Xatırladaq ki, “Qolden Steyt” “Sakramento”nu 122:112 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar oyunçusu 22 xal, 3 ribaund və 1 məhsuldar ötürmə ilə Hield olub.