MHL-in müntəzəm mövsümünün oyununda baş verən hadisə tarixə düşüb. Olay Veqasla Kolorado komandalarının oyununda baş verib.

Bu matçda qonaqların heyətində çex hokkeyçi İvan İvan çıxış edib. Oyun onun üçün MHL-də debüt olub. O, liqa tarixində eyni ad və soyadla çıxış edən ilk oyunçu kimi tarixə düşüb.

22 yaşlı forvard ötən mövsümü AHL-də çıxış edən “Kolorado Eqlz”də keçirib. Adi mövsümdə və pley-offda ümumilikdə 70 matçda çex 32 (13+19) xal toplayıb.

Xatırladaq ki, ötən mövsüm Kolorado Stenli Kubokunun 2-ci raundunda “Dallas Stars”a uduzaraq (2-4) mübarizəni dayandırmışdı.

Veqas-Kolorado oyunu hər iki komanda üçün yeni mövsümdə ilk görüş olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp