“Allahın izni ilə qarşıdakı günlərdə “Xankəndi”yə baş məşqçi təyin olunacam”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında təcrübəli mütəxəssis İbrahim Uzunca deyib.

Daha öncə PRO kateqoriyalı məşqçi ilə “Füzuli” 3 illik müqavilə imzalamağa hazırlaşsa da, sonradan bu alınmayıb: “Sezonun əvvəlində “Füzuli” ilə anlaşmağa yaxın olsaq da, bəzi durumlara görə sonradan alınmadı. Çünki klubun maddi sıxıntıları var idi. Əvvələr “Füzuli”nin icraçı direktoru olmuş, hazırda “Xankəndi”də eyni vəzifədə çalışan Vasif İsmayılov məni komandaya baş məşqçi olaraq dəvət etdi. Danışıqlarımız davam edir. Artıq bir neçə məsələdə razılıq əldə olunub. Allahın izni ilə qarşıdakı günlərdə “Xankəndi”yə baş məşqçi təyin olunacam”.

Xatırladaq ki, türkiyəli mütəxəssis yeni yaradılan klubla bir illik müqavilə bağlayacaq.

GÜNAY SÜLEYMANOVA

Shares: