Milli Basketbol Assosiasiyasının əfsanəvi basketbolçusu, “Nike” brendinin səfiri olan Maykl Cordan Portlenddə kardioloji mərkəzin yaradılması üçün 1 milyon dollar ianə edib.
Cordanın ianəsi bir neçə il əvvəl ürək transplantasiyası əməliyyatı keçirmiş “Nike” şirkətinin digər səfiri Hovard Vayt adına ürək amiloidoz mərkəzini yaratmaq üçün istifadə olunacaq.
Xatırladaq ki, Cordan 2003-cü ildə karyerasını bitirib.