“Artıq neçə oyundur ki, xal qazana bilmirik. Bacardığımız qədər çalışacağıq ki, 3 xalı götürək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında U-21 millimizin kapitanı Fərid Yusifli deyib.

Yarımmüdafiəçi rəqibin kimliyindən asılı olmayaraq, əllərindən gələnin ən yaxşısını etməyə hazır olduqlarını bildirib: “Şimali İrlandiya ilə oyunda hədəfimiz qalibiyyətdir. Əvvəlki görüşləri unudub, bu matça köklənmişik. Artıq neçə oyundur ki, xal qazana bilmirik. Rəqib kim olursa olsun əlinizdən gələnin ən yaxşısını etməyə hazırıq. Düzdü, bizdə Premyer Liqada əsas heyətdə çıxış edən futbolçu azdı. Lakin buna baxmayaraq, fikrimiz qalib gəlməkdir”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp