Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyunda məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiyanın müvafiq yaş qrupundan ibarət yığmasına 0:3 hesabı ilə uduzub.

Azərbaycan millisi yarımfinalda Çexiyaya 3:4 hesabı ilə məğlub olub. Komanda 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Qrupda isə Hindistanı16 cavabsız qolla üstələsə də, Serbiya (1:5) və Çexiyaya (0:2) boyun əyib.

Shares: