Goranboy rayonunda “Müstəqilliyin Bərpası Günü”nə həsr olunan turnirə start verilib. Ümumtəhsil məktəb şagirdlərindən ibarət komandalar voleybol turnirində yarışıb.

Yarışın açılış mərasimində idman ictimaiyyətinin nümayəndələri və yarışa qatılan 8 komandanın üzvləri iştirak edib.

Olimpiya sistemi üzrə təşkil olunan turnir oktyabrın 16-dək davam edəcək.Yarışda yüksək yer tutan komandalar medal və diplomla mükafatlandırılacaq.

BƏHRUZ MUSAYEV

Shares: