Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti sınağına çıxır.

Futbolinfo.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olacaq.

Tallindəki “Lilleküla” stadionunda keçiriləcək Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı irlandiyalı hakimlər idarə edəcəklər.

Komandamız əvvəlki iki turda İsveçə (evdə 1:3) və Slovakiyaya (səfərdə 0:2) uduzub.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

11 oktyabr

20:00. Estoniya – Azərbaycan
Baş hakim: Rob Harvey (İrlandiya).
Tallin. “Lilleküla” stadionu.

Shares: