“Tottenhem”in müdafiəçisi Pedro Porro “Real”ın maraq dairəsinə düşüb. Müdafiə xəttindəki çoxsaylı itkilərdən sonra qışda bir neçə transfer etmək istəyən madridlilərin siyahısında londonluların üzvü də var.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı ispan müdafiəçi u barədə danışıb: “Belə şaiyələrin ortaya çıxmasından qürur duyuram. Deməli, işimi yaxşı görürəm və diqqət çəkirəm. Bir gün “Real”a transfer olunsam, bunu hamı biləcək. Amma hazırda tamamilə “Tottenhem”in uğurlarına köklənmişəm”.

Porro ötən mövsüm 40 milyon avro qarşılığında Portuqaliya “Sportinq”indən transfer olunub. Onun “Tottenhem”lə 4 illik müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp