Milan Şkrinyar durumundan narazıdır. Slovakiyalı futbolçu qışda PSJ-ni tərk etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisini məmnun etməyən az oynamasıdır. Baş məşqçi Luis Enrikenin güvənmədiyi futbolçu bu səbəbdən daim oynayacağı yer axtarır.
Yayda “İnter”dən azad agent kimi gələn Milan, elə hazırlıq dövründə vəziyyəti anlamış və getməyə çalışmışdı. Amma o zaman klub rəhbərliyi onu buraxmamışdı. İndi isə o, icarəyə göndərilməsi üçün israr edir. Bremerin mövsümü erkən başa vurmasından sonra mərkəz müdafiəçisi axtaran “Yuventus”un marağı onun icarəyə göndərilməkdə israrlı olmasına gətirib çıxarıb.
Qərar qış fasiləsində veriləcək. 29 yaşlı Şkrinyarın parislilərlə 2028-ci ilin yayınadək müqaviləsi var.