“Bayer” Florian Virtsi heyətində saxlamağa çalışır. Leverkuzenlilər gənc ulduzunun komandada qalması üçün hər cür fədakarlığa hazırdır.
Futbolinfo.az xəbər verir ki, gənc istedadı “Real”, eləcə də bir çox İngiltərə nəhəngi transfer etməyə çalışır. Ancaq Virts özü digər Almaniya nəhəngi “Bayern”ə can atır. Münhenlilər digər müştərilərlə müqayisədə daha az maaş təklif etsə də, Florian klubunu dəyişəcəyi halda ölkədə qalmaq niyyətindədir.
“Bayer” isə 21 yaşlı yetirməsini asanlıqla itirməyəcək. 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya yeni müqavilə təklif ediləcək. Leverkuzenlilər onun maaşını əhəmiyyətli şəkildə artırmaqla anlaşmasının müddətini bir il uzatmaq niyyətindədir. Əsas niyyət 130 milyon avro dəyəri olan yarımmüdafiəçi üçün yüksək sərbəstqalma maddəsinə nail olmaqdır.