Basketbol üzrə Avroliqa turnirində 2-ci turun daha 4 göürüşü baş tutub. Ən maraqla gözlənilən qarşılaşma İstanbulda oynanılıb.

“Anadolu Efes”in arenasında keçirilən görüş “Fənərbağça”nın qələbəsi ilə başa çatıb – 83:78. İlk period bərabər şəraitdə keçsə də, böyük fasiləyə qədər qonaqlar üstünlük əldə ediblər. Sonrakı dəqiqələrdə “Anadolu Efes” nə qədər çalışsa da, rəqibini yaxlaya bilməyib. “Fənərbağça”nın qələbəsinin əsas səbəblərindən biri yüksək faizlə 3 xallıq atışları yerinə yetirməsi olub.

Görüşün ən məhsuldar oyunçusu 21 xal toplayan Oturudur. Qonaq komandada Kolson 16 xalla oynayıb.

Keçən il autsayder olan ASVEL evdə “Virtus” komandasını məğlubiyyətə uğradıb – 87:85. Avroliqanın son çempionu “Panatinaikos” isə “Bayern”ə 94:79 hesabı ilə qalib gəlib. Fransız mərkəz basketbolçusu Lessor görüşü 22 xalla tamamlayıb.

Madrid “Real”ı da ilk ev oyununu qələbə ilə bitirib. Serbiyanın “Partizan” komandası ciddi müqavimət göstərsə də, rəqiblə bacarmayıb – 93:86.

Shares: