Milli Basketbol Assosiasiyasının üçqat çempionu Denni Qrin karyerasını bitirmək qərarına gəlib. O bu barədə sosial şəbəkələrdəki səhifəsində açıqlama verib.

“Bu günün gələcəyini bilsəm də, bu sətirləri yazacağımı heç düşünmürdüm. Həyatım bu oyunla bağlı idi, onun sayəsində gözəl insanlarla tanış oldum. Dəstək olmasaydı, bütün bunlara nail ola bilməzdim. Mən sizin sayənizdə indiki kimi olmuşam və bunun üçün sizə təşəkkür edirəm!”, – deyə deyə Qrin yazıb.

Denni “San Antonio Spörs”, “Toronto Reptors” və “Los-Anceles Leykers” ilə çempionluqlar qazanıb. Qrin 37 yaşında karyerasını bitirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp