“Millimiz Estoniya yığmasından taktiki və texniki baxımdan güclüdür. Verilən tapşırıqları düzgün yerinə yetirərək, komanda şəklində onlara qalib gələ bilərik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis yığmamızın bu rəqibə qalib gəlməyin yollarını bildiyini düşünür: “Estoniya keçən mərhələdən bizə tanışdır. Hətta səfərdə qələbə və evdə heç-heçəmiz də var. O baxımdan komandamızda özünə inam olmalıdır. Düşünürəm ki, yığmamız bu rəqibə qalib gəlməyin yollarını bilirlər. Estonlar standart vəziyyətlərdə atletik baxımdan bizi üstələyə bilər. Lakin futbolçularımız özlərinə inansa və topa daha çox nəzarət etsə, hər şey istədiyimiz kimi olacaq. Sadəcə səbrli olub, öz imkanlarımızı maksimum dərəcədə istifadə etməliyik”.

Xatırladaq ki, Əsədov Fernandu Santuşun gəlişinədək milli komadada çalışıb. Estonlarla oyunlarda Canni de Byazinin köməkçisi olan Arif bəy 6 ay komandaya əvəzedici kimi rəhbərlik edib.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp