“Daha çox şans qazansam, getmək tərəfdarı deyiləm. Amma şans qazanmağım halda qalmağı düşünmürəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında hazırda “Bolusporda” çıxış edən Vüsal İsgəndərli deyib.

Yarımmüdafiəçi ehtiyatda qalmaqdan xoşlanmadığını, hər zaman oynamaq istəyən futbolçu olduğunu bildirib: “Ən azı qışa qədər “Bolusporda”yam. Çünki hazırda transfer pəncərəsi bağlanıb. Amma qışdan sonra necə olacağını görəcəyik. Vəziyyətə baxacam. Albaniya və Bosniya Liqalarından istər kluba, istərsə də şəxsən mənə təkliflər gəlib. Lakin indi bunları danışmaq və ya dəyərləndirmək tezdir. Hələ vaxta var. Ona görə bir az gözləmək tərəfdarıyam. “Boluspor”da hər şey qaydasındadır. Daha çox şans qazansam, getmək tərəfdarı deyiləm. Amma şans qazanmağım halda qalmağı düşünmürəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: