“Azərreyl”in çimərlik voleybolu üzrə kişilərdən ibarət komandası klublararası Avropa Kubokunda (Beach Volley European Cup) Fransanın “Re Beach” kollektivini iki oyunda məğlub edib.


Futbolinfo.az xəbər verir ki, təmsilçimiz Monpelye şəhərində baş tutan turnirdə meydan sahiblərini hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyib.

Daha əvvəl “Azərreyl”in qadınlardan ibarət kollektivi Avstriyanın “Berqstrand Beachvolleyball” klubuna iki matçda da şans verməyib – 2:0.

Kişilər və qadınlardan ibarət komandalarımız bu gün Sloveniya təmsilçisi “BVC Ludus” ilə üz-üzə gələcəklər.

Shares: