Estoniya millisinin üç futbolçusu bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun matçında meydana çıxmayacaq.
Futbolinfo.az xəbər verir ki, bunlar müdafiəçi Artur Pikk, yarımmüdafiəçi Kevor Palumets və hücumçu Aleks Mattias Tammdır.
Meydan sahiblərinin baş məşqçisi Yurgen Henn sözügedən oyunçuları “23-lüy”ə daxil etməyib.
Bu gün Tallində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.