AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 50 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununun keçirildiyi stadionun texniki zonası xətlənmədiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Zirə-2” oyununun 90-cı dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qarabağ-2” oyunu qapı torunda problemlər olması səbəbindən gec başladığı üçün “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.

“Səbail-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Sabah-2” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.

Shares: