3×3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu, ABF ilə Beynəlxalq Basketbol Federasiyası arasında imzalanmış müqaviləyə əsasən mümkün olacaq.

2025-ci il mayın 24-25-də Bakıda gerçəkləşəcək matçlarda 6 kişi və 6 qadın komandası əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

İştirakçılar arasında Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları da yer alacaqlar.

Kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 millisi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp