“Mançester Siti” Çiki Beqiristayna əvəzedici tapıb. Gözlənildiyi kimi, “şəhərlilər”in yeni idman direktoru Huqo Vyana olacaq.

Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssisin gedişi dəqiqləşəndən sonra ona əvəzləyici axtaran İngiltərə təmsilçisinin namizədlər siyahısında ən üst pillədə məhz portuqaliyalı dayanırdı. Nəhayət, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

Hazırda “Sportinq”də eyni postu tutan Vyana 2025-c ilin yayında Mançesterə köçəcək. Klub rəhbərliyi onun son illərdə “Mançester Siti”nin uğurlarında müstəsna rol oynayan Beqiristaynı layiqli əvəzləyəcəyini düşünür.

Sabiq futbolçu 2018-ci ildən Lissabon klubunda çalışır.

Shares: