İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Peter Kormak vəfat edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Keçmiş yarımmüdafiəçi 78 yaşında dünyasını dəyişib.

Şotlandiyalı oyunçu 1972-ci ildə “Liverpul”a keçib. O, komanda ilə İngiltərə çempionatının, ölkə kubokunun və UEFA Kubokunun qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp