Qaret Sautqeyt qərarını verib. İngiltərə millisinn sabiq baş məşqçisi bu il heç bir təyinat almayacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb: “Bu il heç bir müqavilə bağlamayacağım dəqiqdir. İstirahətə ehtiyacım var. Ciddi qərar vermək üçün hələ hazır deyiləm”.
Xatırladaq ki, Sautqeytin “Mançester Yunayted”in baş məşqçi postunda Erik ten Haqı əvəzləyəcəyi deyilirdi. Niderlandlı mütəxəssis uğursuz nəticələrə rəğmən, hələ də qovulmayıb. Amma o, son şanslarından istifadə edir. Mançesterlilər tezliklə toparlanmasa, məşqçi dəyişkliyi qaçılmaz olacaq.