Martin Odeqaardın zədəsi gözləniləndən ağır imiş. Norveçli futbolçunun dönüşü yaxın zamanlarda reallaşmayacaq.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi millinin düşərgəsində zədələnmişdi. Sentyabr matçlarını buraxan futbolçunun İngiltərə Premyer Liqasındakı hazırkı fasilədən sonra geri dönəcəyi gözlənilirdi. Lakin həkimlərin son müayinələrindən sonra vəziyyət dəyişib.
İndi Martinin daha çox istirahətə ehtiyac duyduğu aydınlaşıb. O, bərpa prosesini davam etdirməlidir. Londonluların lideri yalnız dekabrda yaşıl meydanlarda görünəcək.