“Mütləq qələbə qazanmaq lazımdır ki, komandamızda əhval-ruhiyyə qalxsın və Slovakiya ilə oyuna daha yaxşı şəkildə hazırlaşsınlar”.

Bu sözləri futbolinfo.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün səfərdə keçiriləcək Estoniya ilə oyunda millimizdən yalnız qələbə gözlədiyini vurğulayıb:

“Bu oyunda millimizdən yalnız qələbə gözləyirik. Çünki inkişafdan, irəliləməkdən danışırıqsa, mütləq qələbələr qazanmalıyıq. Estoniya yığması bizə uyğun rəqibdir. Vaxtilə qalib gəlmişik. Bu gün də ən yaxşısını etməliyik ki, qələbə qazanaq. Əsasən aktiv şəkildə hücumda oynamalıyıq. Rəqib standart vəziyyətlərdə güclüdür. Onların qarşısını almaq lazımdır. Mütləq qələbə qazanmaq lazımdır ki, komandamızda əhval-ruhiyyə qalxsın və Slovakiya ilə oyuna daha yaxşı şəkildə hazırlaşsınlar”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp