Şanxayda keçirilən tennis üzrə “Masters” seriyalı turnirdə bütün yarımfinalçılar müəyyənləşib. Bu gün ¼ finalın iki oyunundan sonra cütlüklər bəlli olub.

Əvvəlcə Fritslə Qoffen korta çıxıblar. Oyun gözlənildiyindən tez başa çatıb. ABŞ-li tennisçi rahat şəkildə qələbə qazanıb – 6:3, 6:4.

İkinci oyun daha gərgin alınıb. Halbuki bu qarşılaşmada aşkar favorit olub. Lakin Novak Cokoviç ilk setdə qazandığı breyki qoruya bilməyib. Tay-brekdə isə Yakub Menşik qalib gəlib. Sonrakı setdə daha yaxşı oynayan serb tennisçi tarazlığı bərpa edib – 6:1. 3-cü setdə də breyk edən Cokoviç qalib gələrək Fritsin rəqibi olub.

İlk yarımfinal cütü dünən bəlli olmuşdu.

Shares: