UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu davam edir.
Futbolinfo.az verir ki, bu gün daha 8 matç keçirilib.
Türkiyə yığması evdə Monteneqro ilə üz-üzə gəlib. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniya səfərdə Bosniya və Hersoqovinadan üstün olub. Qrupun digər oyununda Niderland Macarıstan səfərində xal itirib.
Qonşu Gürcüstanın yığması isə Ukraynaya məğlub olub.
Azərbaycan yığmasının yer aldığı C Liqasının 1-ci qrupunun digər oyununda Slovakiya və İsveç milliləri məhsuldar heç-heçəyə imza atıblar.
UEFA Millətlər Liqası
3-cü tur
11 oktyabr
A Liqası, 3-cü qrup
Macarıstan – Niderland 1:1
Qollar: Sallai, 32 – Dumfris, 83.
Bosniya və Herseqovina – Almaniya 1:2
Qollar: Dzeko, 71 – Undav, 30; 36.
Xallar: Almaniya – 7. Niderland – 5. Macarıstan – 2. Bosniya və Herseqovina – 1.
B Liqası, 1-ci qrup
Ukrayna – Gürcüstan 1:0
Qol: Mudrik, 35.
Çexiya – Albaniya 2:0
Qollar: Çori, 3; 63.
Xallar: Gürcüstan – 6. Çexiya – 6. Albaniya – 3. Ukrayna – 3.
B Liqası, 4-cü qrup
Türkiyə – Monteneqro 1:0
Qol: İ.C.Kahveci, 69.
İslandiya – Uels 2:2
Qollar: Tomasson, 69. Uord, 72-öz qapısına – B.Conson, 11. H.Uilson, 29.
Xallar: Türkiyə – 7. Uels – 5. İslandiya – 4. Monteneqro – 0.
C Liqası, 1-ci qrup
Estoniya – Azərbaycan 3:1
Qollar: Yakovlev, 32. Sinyavski, 45+2. Şeyn, 71 – T.Bayramov, 45+1.
Slovakiya – İsveç 2:2
Qollar: Streleç, 45; 72 – Ayari, 25. Sema, 32.
Xallar: İsveç – 7. Slovakiya – 7. Estoniya – 3. Azərbaycan – 0.