Basketbol üzrə Avroliqa turnirində 2-ci tura yekun vurulub. Son oyun günündə gözlənilməz hesab qeydə alınmayıb. Favoritlər evdə qələbə qazanıb.

Turnirdə qələbəyə əsas namizəd olan “Olimpiakos” “Jalgiris”i üstələyib – 74:68. Görüşün taleyi demək olar ki, ilk periodda həll edilib. İlk 10 dəqiqə ərzində Litva təmsilçisi cəmi 6 xal toplayıb. Görüşdə ən məhsuldar oyunçu ünvanına Saşa Vezenkov sahib çıxıb. Onun aktivində 17 xal və 11 ribaund var.

Barselonada “Alba” komandası “Jalgiris”in aqibətini yaşayıb – 73:88. Milandakı oyun isə daha maraqlı alınıb. Liqanın debütantı “Paris” komandası təcrübəli rəqibinə ciddi müqavimət göstərib. Buna baxmayaraq, Ettore Messinanın yetirmələri dönüş yaradaraq 79:74 hesabı ilə qələbə qazana biliblər. İtaliya komandasında Şilds 21, Mirotiç isə 17 xalla oynayıb.

Shares: