Formula1-i tərk edən Daniel Rikkardo həmyerlisi Oskar Piastriyə vida mesajı göndərib. Rikkardonun karyerasında sonuncu olan Sinqapur qran-prisindən sonra avstraliyalılar  dəbilqələrini dəyişdiriblər. Keçmiş RB pilotu dəbilqəsində ayrılıq mesajı da yazıb.

“Oskar, uçmağa davam et, işini yaxşı gör. Sənə daha çox qələbələr arzulayıram”, – deyə Rikkardonun dəbilqəsindəki yazıda deyilir.

Xatırladaq ki, 2024-cü il mövsümünün qalan hissəsində RB heyətində Daniel Rikkardonu Liam Louson əvəz edəcək.

Formula 1 karyerası ərzində Rikkardo səkkiz qələbə qazanıb. O, ilk Azərbaycan qran-prisinin qalibidir. Bakıdakı son yarışda isə Oskar Piastri birinci olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp