Amerikanın Formula 1 komandası “Haas” və Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” əməkdaşlığın başlandığını rəsmən elan edib. “Toyota” “Haas”ın texniki tərəfdaşı olacaq.

“Yeni çoxillik müqaviləyə əsasən, hər iki tərəf təcrübə, bilik və resursları bölüşəcək: “Toyota” dizayn, texniki və istehsal xidmətləri göstərəcək, “Haas” komandası isə bunun müqabilində reklam şəklində Formula 1 və kommersiya üstünlükləri ilə bağlı texniki biliklər təqdim edəcək.

“Haas”ın inkişafına və onun Formula 1-dəki rəqabətinə töhfə vermək üçün “Toyota” dünyanın ən yaxşı avtoidman seriyasında yarışan komanda ilə əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə öz bilik və bacarıqlarını daha da inkişaf etdirəcək”, – deyə komandanın press-relizində deyilir.

Xatırladaq ki, “Toyota” 2002-2009-cu illərdə Formula 1-də iştirak edib və komandanın şərəfini Yarno Trulli, Ralf Şumaxer, Timo Qlok, Kamui Kobayaşi kimi sürücülər qoruyub.

Shares: