İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirdikdən sonra Madrid “Real”ının prezidenti olmaq istədiyini bildirib.

“Bəli, mən “Real” Madridin prezidenti olmaq istərdim. Ancaq hazırda ən yaxşı prezident bizim komandamızdadır”, – deyə Nadal qeyd edib.

Xatırladaq ki, Rafael Nadal bu vaxta qədər 92 titul qazanıb. O, 209 həftə dünya reytinqinə başçılıq edib.

Oktyabrın 10-da 38 yaşlı peşəkar tennisçi karyerasını noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək “Devis Kuboku”nun finalından sonra bitirəcəyini açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp