“Mançester Siti” rəhbərliyi yay transfer pəncərəsində komandadan gedəcəyi təqdirdə hücumçu Erlinq Haalandın əvəzlənməsinə qərar verib.

“Football 365″in məlumatına görə, “şəhərlilər” norveçlinin ayrılacağı halında Lissabonun “Sportinq” komandasının hücumçusu Viktor Qyökereşi almağa çalışacaq.

Bu mövsüm 26 yaşlı Győkereş bütün yarışlarda 11 matçda iştirak edib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Lissabon klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, isveçli forvardın bazar dəyəri 70 milyon avrodur.

Shares: