“Neftçi” rəhbərliyi komandanı yenə əcnəbi məşqçiyə tapşırır.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubuna bundan sonra Sergey Yakiroviç rəhbərlik edəcək.

Bosniyalı mütəxəssis artıq Bakıya gəlib. Hazırda tərəflər arasındakı danışıqların son mərhələsində olduğu bildirilir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Yakiroviçin sonuncu iş yeri yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasında məhz onun rəhbərliyi altında Azərbaycan çempionu “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələ adlayan tərəf olmuşdu. Böyük ehtimalla “Neftçi” Yakiroviçin məhz “Qarabağ”la oyunlardakı uğurları nəticələrinə, ağdamlıların Azərbaycandakı hegemonluğuna son qoymaq ümidi ilə onu seçib.

Onu da qeyd edək ki, bosniyalı mütəxəssis ÇL-in Liqa mərhələsində Almaniya nəhəngi “Bayern”ə biabırçı məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.

Yakiroviç “Dinamo”dan öncə “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssis ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb. O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib.

Shares: