La Liqanın prezidenti Xavyer Tebas digər liqaların rəhbərləri ilə birlikdə, matçların sayını artırmaqla bağlı birtərəfli qərarlarına görə FİFA-ya qarşı Avropa İttifaqı məhkəməsinə ittiham hazırladığını bildirib.

“Bazar ertəsi peşəkar futbolçuların nümayəndələrini birləşdirən qlobal təşkilat olan FIFPro, La Liqa və İngiltərə Premyer Liqası ilə birgə konfransımız olacaq. Biz Avropa İttifaqında FİFA-nı birtərəfli qərarlarına görə qınamaq niyyətindəyik.

Klublararası Dünya çempionatı təşkil edilir. Biz də buna məcbur edilirik. Çünki FİFA belə qərar verib. Amma heç bir milli liqa bununla razılaşmır. FIFPro-nun yaxşı tərəfi ondan ibarətdir ki, o, daha çox matçın oynanılmasının onminlərlə futbolçuya vurduğu zərəri dərk edib.

Dünya futbolunu cəmi 300 oyunçu və 20 klub üçün təşkil edə bilməzsiniz. Çempionlar Liqasının yeni formatına görə ölkə çempionatları əziyyət çəkir. FIFPro bunun vacib olduğunu başa düşdü və eyni zamanda futbol sənayemizi qlobal səviyyədə qorumaq zərurətini anladı”, – deyə Tebas qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp