Naftalanda şahmat turnirinə start verilib. Yarış şəhər gənclər və idman sektorunun təşkilatçılğı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunub.

Naftalan şəhər UGİM-in şahmat bölməsinin yetirmələri arasında təşkil edilən turnir bir həftə davam edəcək. İsveçrə sisteminə əsasən üç qrup üzrə keçirilən yarışda hər qrupda qaliblər Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olunacaqlar.

Yarışı ilk pillədə başa vuranlar zona birinciliyində iştirak etmək hüququ əldə edəcəklər.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp