İngiltərə millisinin və “Arsenal”ın cinah oyunçusu Bukayo Saka zədələnib.
Futbolinfo.az xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanla matçda (1:2) sıradan çıxıb. 23 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün London klubuna qayıdıb. Bu barədə İngiltərə millisinin sosial şəbəkə hesablarında məlumat yayılıb. Bildirilib ki, Saka İngiltərə yığmasının heyətindən çıxarılıb. O, 4-cü turun Finlandiya ilə matçını buraxacaq.
Saka həmçinin zədə səbəbindən İngiltərə Premyer Liqasında “Arsenal”ın “Bornmut”la görüşündə də iştirak edə bilməyəcək.
Qeyd edək ki, Finlandiya – İngiltərə matçı sabah keçiriləcək.