Azərbaycan Basketbol Liqasında çıxış edən “Naxçıvan” və “Sumqayıt” komandaları hazırlıq oyununda üz-üzə gəliblər.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Memarlıq və İnşaat Universitetin idman zalında gerçəkləşib.

Matç Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 90:74.

“Abşeron” da bu gün növbəti yoxlama oyununa çıxıb. Sözügedən komanda Azərbaycan Basketbol Liqasında ilk dəfə çıxış edəcək “Ordu” kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma debütantın qələbəsi ilə bitib – 83:77.

“Neftçi” isə “Quba” kollektivi ilə üz-üzə gəlib. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində baş tutan qarşılaşma heç-heçə yekunlaşıb – 91:91.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp