Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında uğurlu çıxış edən idmançılar təltif edilib.

Futbolinfo.az xəbər verir ki, Qurumun vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif ediblər.

Əldə olunan nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına töhfə verdiyi vurğulanıb. Zemfira Meftaxetdinova və Tofiq Bəylərov atıcıları təbrik edərək, onların böyük iradə və əzmkarlıq nümayiş etdirdiklərini, gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inandıqlarını söyləyiblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp